"Turan Tovuz" "Kəpəz"i məğlub etdi, "Qarabağ" - "Sabah" matçında sülh Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları davam edir.

 

Newsport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq. 

 

Günün ilk görüşü Tovuzda olacaq. Burada meydan sahibi "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qərb derbisi saat 14:00-da start götürəcək.

 

Günün ikinci oyununda isə lider "Qarabağ" ikinci pillədə olan "Sabah"ı qəbul edəcək. Turun mərkəzi qarşılaşması saat 17:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXII tur

 

11 fevral

 

“Turan Tovuz” – “Kəpəz” 2:0 
Qollar: 
Runi 45+4, Xəyal 48 
Qırmızı vərəqə: Orxan Sadıqlı 85

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu, 14:00

 

“Qarabağ” – “Sabah” 1:1

Qol: Musa Qurbanlı15,  - Bəxtiyar Həsənalızadə, 75

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Azersun Arena”, 17:00

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right