“Qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkdik. Buna görə də görüş heç-heçə yekunlaşdı”.
Newsport.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi” ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis komandasının çıxışından razılıq bildirib: “Heyətdə həftə ərzində kollektivlə birgə məşq etməyən futbolçular var idi. Onların durumu da qeyri-müəyyən idi. İsnik Alimi məşq prosesində iştirak etməsə də, oyunda meydanda oldu və komandaya öz faydasını verdi. Futbolçulardan razı qaldım, istədiyimi tam şəkildə ortaya qoyurdular”.