UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Gent” matçının biletləri satışa çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi səhifəsi məlumat yayıb.
Biletlər bu gün saat 11:00-dan etibarən satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).