“Sumqayıt” Kamran Əliyevi heyətinə qatdı

“Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Newsport.az xəbər verir ki, sözügedən klub son olaraq Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb.
 
24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt” FK-nın heyətində “23” nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right