"Redon Cica Albaniyada çox yaxşı futbolçu hesab edilirdi. "Qarabağ"a keçən kimi artıq iki oyunda meydana çıxıb. Məncə, o, özünü yaxşı tərəfdən göstərə bildi. Cica zamanla daha yaxşı oynayacaq".
Newsport.az-ın məlumatına görə, bu sözləri Sportal.az saytına açıqlamasında Ervin Bulku deyib.
Albaniya millisində köməkçi məşqçi, U-17 yığmasında isə baş məşqçi kimi çalışan Bulku "Qarabağ"ın yeni transferi barədə fikirlərini bildirib.
Vaxtı ilə Azərbaycanda AZAL forması geyinmiş Ervinin fikrincə, Cica "Qarabağ"da uğurlu ola bilər: "Hər halda, "Qarabağ" onu uzun müddət idi izləyirdi. Sonda onu transfer etmək qərarı veriblər. O, "Tirana"da çox qol vurmuşdu. Tez adaptasiya olsa, qollarının davamını "Qarabağ"da gətirəcək".