İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.
Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisi "Ankaragücü"dən ayrılan Xese Rodriqesi transfer edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 30 yaşlı vinger tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Xese Rodriqes mövsümün əvvəlində "Ankaragücü"yə keçmişdi. İspan futbolçu Türkiyə klubunun heyətində meydana çıxdığı 16 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bir müddət öncə xarici mətbuatda Xese Rodriqeslə "Sabah"ın maraqlandığı xəbərləri yayımlanmışdı.