“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah 11:00-dan etibarən satışa çıxarılacaq.

Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri sabah yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right