“Turan Tovuz” “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxacaq. Meydan sahibləri Qərb derbisində yarımmüdafiənin əsas simalarından məhrumdur.
Newsport.az xəbər verir ki, Eltun Turabov və Piruzi Marakvelidze zədə üzündən həftə boyunca məşq etməyib. Gürcü legionerin durumu nisbətən qənaətbəxşdir. Həkimlər son duruma baxaraq qərar verəcək. Hətta sağalsa belə, dayaq yarımmüdafiəçisi meydanda çox qısa zaman keçirəcək. Məşqlərdən kənar qalması üzündən onun fiziki hazırlığı yerində deyil.
“Şamaxı” ilə son turun səfər matçında zədələnərək əvəzlənən Turabova gəlincə, ayağından xəsarət alan futbolçunun oynamaq şansı çox azdır. Onun oyuna kimi məşqlərə qayıda bilməsi ehtimalı azdır.
Xatırladaq ki, “Turan Tovuz” – “Kəpəz” görüşü fevralın 11-də baş tutacaq.