Yığmamızdan Səudiyyə Ərəbistanı ilə heç-heçə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub.

U-19  rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.

Xatırladaq ki, komandamız Antalyadakı ilk sınağında Tacikistanın U-20 komandasına 1:2 hesabıyla məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right