“Gent”in futbolçusu: “Bakıya qalib kimi yollanmaq istəyirik”

“Bakıya qalib kimi yollanmaq istəyirik”.

Newsport.az xəbər verir ki, bunu Belçikanın “Gent” klubunun futbolçusu Alessio Kastro-Montes “voetbalnieuws.be” saytına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunundan öncə Belçika çempionatında “Vesterlo” səfərindən qələbə ilə dönmək istədiklərini bildirib: “Çempionatda növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Nəzərə alaq ki, “Vesterlo” ilə görüşdən sonra Bakıda “Qarabağ”la üz-üzə gələcəyik. Ora mütləq yüksək əhval-ruhiyyədə yollanmalıyıq”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıdakı ilk görüş fevralın 16-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right