Vüqar Əsgərli: "Uduzsaq da, futbolçularımız əzmkarlıq göstərdi"

"Şamaxı" Azərbaycan Premyer Liqasının 21-cı turu çərçivəsində doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

 

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Şirvan bölgəsi təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

 

- Cədvəl baxımından oyunun hər iki komanda üçün çətin keçəcəyi məlum idi. Oyuna gəldikdə, təəssüflər olsun ki, hazırlaşdığımız planlarımız pozuldu. Qarın belə yağması təsirsiz olmadı. Bu oyuna qədər cəmi bir məşq etmişik. Uduzsaq da, futbolçularımız əzmkarlıq göstərdi. Qol vurmasaq,  qol buraxıb əvəzini çıxmağın çətin olacağını anlayırdıq. Çünki rəqib kompakt müdafiə olunur. "Turan Tovuz"u təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzulayıram.

 

- Rəqib sizə sürpriz etdi, yoxsa gözlədiyiniz kimi oynadılar?.

- Yox, gözlədiyimiz kimi oldu. Bilirdik ki, standart vəziyyətlərdə çox təhlükəlidirlər. Ondan da yararlandılar.

 

- "Şamaxı" evdə "Turan Tovuz"a üç görüşün hamısında 0:1 uduzub. Bəxtsizlikdir, yoxsa necə?

- Bu oyunu götürsək, bəxtsizlikdir. Məncə, heç-heçə olsaydı, daha ədalətliydi.

 

- "Qarabağ"a uduzduğunuz görüşdə daha parlaq oyun sərgiləmişdiniz. Bugünkü oyunda dişsizlik olmağının səbəbi nə idi?

- Bayaq qeyd etdiyim kimi, hazırlıq prosesimiz istədiyimiz kimi keçmədi. Çünki zalda məşq keçmişdik. Böyük meydança ilə zalın fərqi var. Ona görə oyunumuz alınmadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right