"Neftçi" azarkeşləri tribunadan uzaqlaşdırıldı

"Neftçi" Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt"ı qəbul edir.

Newsport.az-ın məlumatına görə, ilk hissəsi gedən matçda polislər "ağ-qaralar"ın "Neftçimania" azarkeş qrupu tribunadan uzaqlaşdırıb. Bu, onların təhqiredici ifadələrdən istifadə etməsi ilə əsaslandırılıb. Fanatlar müqavimət göstərmədən tribunanı tərk edib.

"Neftçimania" üzvləri "Zirə" ilə qarşılaşmada olduğu kimi bu dəfə də "Neftçi"ni tərk elə, Mahmudov" şüarları səsləndirib. Bundan başqa, onlar "Ekran arxasında şir olanlar, "4A"ya (sektor nəzərdə tutulur - red.) gəlin, görək" pankartı açıblar. Fanatlar bu pankartı Emin Mahmudovla bağlı şüarlara görə sosial şəbəkələrdə onları qınayanan digər azarkeşlərə ünvanlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right