"Neftçi" "Sumqayıt"la matça 3 itki ilə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Sumqayıt"la qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə üç itki ilə çıxacaq. Klubun həkimi Şaiq Zöhrablı "Neftçi TV"yə verdiyi açıqlamada zədəli futbolçuların durumu haqda danışıb:

 

"Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi ilə fərdi məşq edirlər. Rəhman Hacıyevin sol baldır əzələsində dartılma var idi. O, zədəsini sağaldıb fərdi hərəkətlərə başlamışdı. İki gün öncə sağ baldır əzələsində ağrı hiss etdi. MRT müayinəsindən sonra məlum oldu ki, sağ baldır əzələsində də dartılma var. Yenidən onun müalicəsinə başlanılıb. 2-3 günə fərdi məşqlərə başlayacaq.".

 

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması bu gün saat 18:30-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right