Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün iki qarşılaşma baş tutacaq. Günün ilk görüşü "Zirə" ilə "Qəbələ" arasında baş tutacaq. Dördüncü yer uğrunda mübarizə aparan komandaların dueli saat 16:00-da başlayacaq.
Günə "Bakcell Arsena"da yekun vurulacaq. Burada metydan sahibi "Neftçi" "Sumqayıt"ı sınağa çəkəcək. Matçın start fiti saat 18:30-da səslənəcək.
Azərbaycan Premyer Liqası
XXI tur
5 fevral
“Zirə” – “Qəbələ” 2:2
Qollar: Dmitrios Çantakias, 14, Loris Broqno, 57 - Rafael Utziq, 2, Felipe Santos, 77
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Neftçi” – “Sumqayıt” 2:0
Qol: Solomon Kverkveliya, 54, Mateus Saldanya, 64
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 18:30