"Qəbələ" "Neftçi"dən bu futbolçunu transfer etməyəcək

"Qəbələ" "Neftçi"nin braziliyalı oyunçusu Gilyerme Patonu heyətinə qatmayacaq.

Newsport.az saytına verilən məlumata görə, bölgə klubu "ağ-qaralar"ın legionerini icarəyə götürə bilərdi. Amma mənbənin iddiasına görə, bu keçid baş tutmayıb. Belə ki, "Qəbələ" Patodan vaz keçib.

Xatırladaq ki, Patonun yaxın vaxtlarda "Neftçi"dən ayrılacağı gözlənilir. Onun xidmətində Kipr klubları maraqlıdır.

​21 yaşlı futbolçu "İnternasional", "Ponte Preta", "Kuyaba"da oynadıqdan sonra 2022-ci ildə "Neftçi"yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right