Emin Quliyev Ukrayna millisinin sabiq üzvünü bəyənmədi

"Rəvan” PFK Zaqatala səfəri öncəsi yoxlama oyunu keçirib. Paytaxt klubu dünən yeni mövsümdə I divizionda mübarizə aparacaq "Şərur”la qarşılaşıb.
 

Newsport.az-ın məlumatına görə, "Bayıl Arena”da baş tutan matç "aslanlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Fərid Quliyev və baxışda olan ukraynalı Artyom Butenin imza atıblar. Künc zərbəsindən sonra fərqlənməyinə rəğmən, əcnəbi müdafiəçi məşqçilər korpusunun etimadını qazana bilməyərək, yola salınıb.
 
Qeyd edək ki, Rəvan” PFK AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək, təlim-məşq toplanışı keçmək üçün bu gün Zaqatalaya üz tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right