Şahruddin indi qayıtsa belə, Konfrans Liqasında oynaya bilməz

Xəbər verdiyimiz kimi, “Qarabağ” dünən gecə Konfrans Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. Siyahıda qolu qırıldığı üçün heyətə salınmayan əsas qapıçı Şahruddin Məhəmmədəliyev yoxdur. Əvəzində Ağdam təmsilçisi üçüncü qapıçı kimi  əvəzedici heyətdən Ayhan Arazlını (klubun yetirməsi, B siyahısı) sifariş edib.

UEFA-nın mövcud qaydalarına əsasən, avrokubok iştirakçısı olan hər bir klubun heyətində ən azı üç qapıçı olmalıdır.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Gent”lə oyunlar üçün sifariş ərizəsini UEFA-ya göndərdiyindən bundan sonra heyətdə yalnız bir halda dəyişiklik edə bilər. Bu da ancaq mövqelər üzrə istisna hal kimi ancaq qapıçılara aiddir. Amma bu halda belə klub onu rahatlıqla sifariş edə bilməz. 

Fərz edək ki, “Qarabağ” bu gün azad agent statuslu qapıçı alıb. Amma yeni qapıçı oyuna 48 saat qalmışa qədər “Gent”lə oyunlara o halda sifariş edilə bilər ki, A siyahısında olan iki qapıçıdan birinin (Luka Quqeşaşvili və Amin Ramazanov) zədə və digər səbəbdən oyunlarda iştirak etmək hüququ olmasın. Bu halda artıq B siyahısına daxil edilmiş (indiki halda Ayhan Arazlı) heyətdən çıxarıla bilməz. B siyahısına isə yalnız klubun aşağı yaş qruplarında oynamış və 5 il orada fəaliyyəti olan futbolçu daxil edilə bilər.

Beləliklə, əgər “Qarabağ” “Gent”i keçib 1/8 finala, hətta daha sonra 1/4 finala adlasa belə eyni qaydalar yenə keçərli olacaq. Yəni UEFA-ya göndərilən sifariş ərizəsi tək “pley-off”da “Gent”lə matçları yox, mövsümün sonuna qədər olacaq Konfrans Liqasının digər bütün mərhələlərin görüşlərini də əhatə edir. Bu isə o deməkdir ki, Şahruddin Məhəmmədəliyev mözucə baş verib sabah zədəsini sağaltsa belə, o, KL-in bundan sonrakı heç bir görüşündə iştirak edə bilməyəcək. Bu, yalnız o halda baş verə bilər ki, A siyahısında yer alan iki qapıçıdan biri zədəsi səbəbindən qarşıdakı oyunlarda iştirak edə bilməsin. Digər hallarda qapıçının UEFA-ya sifarişi mümkün olmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right