"Qəbələ"nin hücumçusu 100-ə çatdı

Azərbaycan Premyer Liqasının XX turu “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Onun yubileyi “Sabah”la ev görüşümə (0:3) təsadüf edib. Start heyətində meydana çıxan forvard indiyədək Premyer Liqada 17 qola imza atıb.

“Qəbələ”nin yetirməsi olan Ülvi iki klubun heyətində çıxış edib. “Qəbələ”də 82 matçda meydana çıxan hücumçu 14 qola imza atıb. “Sumqayıt”da 18 oyun keçirən İsgəndərov 3 dəfə fərqlənib.

Futbolçunun Premyer Liqada debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2018-ci il fevralın 10-da “Sumqayıt”ın heyətində “Zirə”yə qarşı matçda (1:1) meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right