“Zirə” nigeriyalı futbolçunu transfer edir

“Zirə” Portuqaliyanın “Pakuş Ferreyra” klubunun nigeriyalı futbolçusu Abbas İbrahimi transfer edir.

Newsport.az xəbər verir ki, bu barədə “Ojogo” nəşri məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi yaxın günlərdə “Zirə” ilə müqavilə imzalayacaq. Portuqaliya klubunu artıq tərk edən İbrahim oyun praktikasından əziyyət çəkdiyi üçün bu keçiddə özü maraqlı olub. Ancaq razılığa əsasən, futbolçunun transfer hüququnun bir hissəsi “Pakuş Ferreyra”da olacaq.

Qeyd edək ki, “Pakuş Ferreyra”nın yetirməsi olan Abbas İbrahim Portuqaliyanın bir neçə klubunda icarə əsasında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right