Newsport.az-ın məlumatına görə

“Zirə”nin qış fasiləsində heyətindən uzaqlaşdırdığı Təmkin Xəlilzadə heç kimə lazım olmadı. İntizamsız davranışı ilə ad çıxaran futbolçu nə Premyer Liqa, nə də I Divizion klublarından dəvət aldı.

Newsport.az-ın məlumatına görə, öz istedadına xəyanəti üzündən 29 yaşda böyük futbol karyerasını bitirməli olan sol cinah müdafiəçisi futzala keçməyə qərar verib. Xəlilzadə artıq yeni klubu ilə müqavilə də bağlayıb.

Maraqlıdı ki, o, Yüksək və Birinci yox, səviyyəcə daha zəif olan İkinci Liqada oynayacaq. Təmkin bu yarışda lider olan “Rəvan”la anlaşıb.

Karyerasını bitirdikdən sonra futzal oynayan çox futbolçumuz olub. Təəssüf ki, Təmkin daha erkən yaşda belə qərar verdi.

Futbolinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right