"Neftçi"nin sabiq futbolçusu Fəhmin Muradbəylinin klubsuz günləri başa çatmaq üzrədir.
Newsport.az-ın məlumatına görə, bir müddətdir işsiz qalan Muradbəyli "Araz Naxçıvan"a keçməyə yaxındır.
26 yaşlı yarımmüdafiəçinin hazırda birinci divizionun lideri olan komandanın düşərgəsinə qoşulacağı gözlənilir.
U-21 yığmamızın sabiq üzvü olan Fəhmin "Neftçi"nin yetirməsidir. O, icarə əsasında müxtəlif vaxtlarda "Səbail" və "Keşlə"(indiki "Şamaxı") klublarında çıxış edib.