Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə 2 matç keçirilib "Qəbələ" "Sabah"ı qəbul edib. Oyun "Sabah"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Turun son görüşündə "Zirə" "Neftçi"nin qonağı olub və 0:1 hesabı ilə uduzub
1 fevral (çərşənbə)
17:30. “Neftçi” – “Zirə” - 1:0
Qol: Voyislav Stankoviç, 52
Qırmızı vərəqə: Gerye, 74-iki sarı vərəqə ("Zirə")
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
“Bakcell Arena”
15:00. “Qəbələ” – “Sabah” - 0:3
Qollar: David Volkov, 60 (0:1), Con İrasabal, 70 (0:2), Coy Lens Mikels, 89 (0:3)
Qırmızı vərəqə: Ruan Renato, 28 ("Qəbələ")
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
31 yanvar (çərşənbə axşamı)
18:30. “Səbail” – “Kəpəz” - 1:0
16:00. “Qarabağ” – “Şamaxı” - 3:1
30 yanvar (bazar ertəsi)
"Sumqayıt” – “Turan Tovuz” - 2:1
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 15 qol
Musa Qurbanlı ("Qarabağ") - 14 qol
Coy Lens Mikels ("Sabah") - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Aleksey Kaşuk ("Sabah") - 9 qol