DİN-dən stadiondakı bıçaqlanma xəbərinə Reaksiya

Daxili İşlər Nazirliyi dünən Bakıda keçirilən Səbail-Kəpəz oyunundan sonra arakeşlər arasında baş verən bıçaqlanma hadisənə reaksiya verib.

DİN-in Mətbuat xidmətindən Newsport.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanma stadion ərazisində deyil, kənarda qeydə alınıb: “Oyundan sonra arenadan kənarda bir nəfərin ayaq nahiyyəsindən bıçaq xəsarəti alması ilə bağlı məlumat daxil olub. Araşdırmalarla həmin əməli törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

Xatırladaq ki, əməliyyat olunan Rahib adlı azarkeşin həyatı üçün təhlükə yoxdur, müalicəsi davam edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right