Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, "Kəpəz" "ASCO Arena"da "Səbail"in qonağı olub.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 77-ci dəqiqədə Franko Mazurek vurub.
Bu qalibiyyətdən sonra xallarını 13-ə çatdıran "dənizçilər" sonuncu pillədən xilas olaraq 9-cu yerə yüksəlib. Əvəzində isə eyni xala malik "sarı-göylər" 10-c yerə düşüblər.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" isə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
31 yanvar (çərşənbə axşamı)
16:00. “Qarabağ” – “Şamaxı” - 3:1
Qollar: Musa Qurbanlı, 22. Qara Qarayev, 46. Leandro Andrade, 63 - Bahadur Həziyev, 80
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena".
18:30. “Səbail” – “Kəpəz” - 1:0
Qol: Franko Mazurek, 77
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.
Qeyd edək ki, açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.