“Qarabağ”ın Alves üçün təklifi rədd edilib

“Qarabağ”ın braziliyalı qapıçı Vana Alves üçün təklifi rədd edilib.

Newsport.az xəbər verir ki, bu barədə “themasports.tothemaonline.com” saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu Kiprin “Aris” klubunun qolkiperinin transferi üçün qarşı tərəfə cəlbedici təklif göndərib. Lakin Limassol təmsilçisi bunu qəbul etməyib. 32 yaşlı futbolçu “Qarabağ” da daxil olmaqla, bir neçə klubun maraq dairəsindədir.

Qeyd edək ki, 2021-ci ildən “Aris”in formasını geyinən Vana Alves karyerası ərzində “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right