"Neftçi" yeni transferinin müqavilə şərtlərini açıqladı

"Neftçi"nin Mateus Saldanyanı heyətinə qatması barədə xəbər vermişdik.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçu qarşıdakı bir ili icarə əsasında "ağ-qara" formanı geyinəcək. 23 yaşlı forvard "Neftçi"də 9 nömrəli formanı geyinəcək.

Yaponiyanın “JEF Yunayted Çiba” (2021-...) klubuna məxsus olan Mateus Saldanya bunadək Braziliya “Bahia”sı (2020-2022) və icarə əsasında Çin “Çendu Sinçen”ində (2022) çıxış edib.

​“Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right