Gerye "Olimpiakos"la vidalaşdı Bakıya gəlir

"Zirə"yə keçidi an məsələsi olan Donald Gerye instaqram hesabında paylaşım edib.

Newsport.az-ın məlumatına görə, haitili futbolçu Premyer Liqa klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəlib. O, son klubu olan "Olimpiakos"la (Nikosiya) vidalaşıb və Kipr təmsilçisinə təşəkkürünü bildirib:

"Olimpiakos” və Nikosiya şəhərində keçirdiklərim bəlkə də, həyatımın ən xoşbəxt anları oldu. Mənə göstərilən sevgi və məhəbbət üçün onların hamısına ancaq təşəkkür edə bilərəm. Həyatımda yeni mərhələnin vaxtı çatıb. Klubum məni anlayışla qəbul etdi. Hamıdan, xüsusən izləyicilərimdən xahiş edirəm ki, məni başa düşsünlər. 

Bu, mənim üçün həyəcanlı, diqqətli, həm də çətin bir vaxt oldu. Çünki “Olimpiakos”un çətin oyunlarda maksimum xallar qazanması çətin idi. Zədəlilərimiz, cəzalılarımız olurdu. Ancaq “Olimpiakos”da futboldan özünəməxsus şəkildə həzz aldığımı heç vaxt unutmayacam. Meydanda və paltardəyişmə otağında inanılmaz komanda yoldaşlarım olub. "Olimpiakos” mənim və ailəmin qəlbini fəth etdi. Buna görə kluba, prezidentə, əlbəttə ki, Xristofer Tornaritisə təşəkkürümü bildirirəm. Direktorlar, həmkarlarım, bütün texniki işçilər, həkimlər, yorulmadan işləyən inanılmaz işçilər.

Azarkeşlərimizə bir daha sonsuz təşəkkür edirəm. Həyəcanlı anlarda qarşımda böyük oyunçular var idi. Onların hamısına hörmət və ehtiramımı bildirirəm. Mən çox düşünmüşəm və bilirəm ki, yeni zaman gəlib çatıb. Gedirəm amma bu formanı, emblemi harada görsəm özümünkü kimi hiss edəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right