Vüqar Əsgərli: "Futbolçularımız əzmkarlıq göstərdi"

"İş vaxtı olsa da, bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymadılar. Şahin Diniyevin oyun fəlsəfəsinə yaxşı bələd idik. Antalyada bir neçə oyunlarını izləmişdik. Qısa müddətdə fəlsəfəsini  futbolçularına aşılaya bilib. Bizi çətin oyun gözlədiyini yaxşı anlayırdıq. Buna baxmayaraq, futbolçularımız hər iki hissədə əzmkarlıq göstərdi. Doğrudur, ilk yarıda tələskənlik hiss edilirdi. Qələbə qazandıq, futbolçuları təbrik edirəm. Vacib üç xal idi. Gələcəkdə "Səbail"ə uğurlar arzulayıram. "Qarabağ"la oyuna hazırlaşacağıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib.

O, Premyer Liqanın 19-cu turunun "Səbail"lə (2:1) görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Fasilədə futbolçularınıza nə dediniz?
Bəlli oyun planımız var idi, hər iki hissədə fərqli oynamaq istəyirdik. Oyun gedə-gedə dronla çəkiliş edirik. Fasilədə bəzi kadrları futbolçulara göstərdik və həm özümüzün, həm də rəqibin boşluqları izah etdik. Həmin boşluqlardan istifadə edə bilirdik, amma davamı gəlmirdi. Belə oyunlarda önəmli olan standart vəziyyətlərdir. Ümumilikdə yaxşı hazırlaşmışdıq. Qol vurduq, amma qol da buraxdıq.

- Qışdan əvvəlki "Şamaxı" ilk yarını belə oynamazdı. Nə baş vermişdi?
Bayaq dediyim kimi, tələskənlik var idi. İnanın, bu cür komandalara qarşı oynamaq çox çətinlik yaradır. Çünki təcrübəli, keyfiyyətli, sürətli oyunçulara sahibdirlər. Hər şeyə rəğmən qol buraxdıqdan sonra toparlandıq və nəticədə qalib gəldik.

- Yeni transferlər olacaq?
Axtarışlarımız davam edir. Bir-iki mövqe var, çatışmazlıqlar hiss olunur. Gənc, perspektivli oyunçular axtarırıq. Danışıq apardıqlarımız var. Allah qoysa, alınar. Alınmasa da, bu heyətlə davam edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right