Ramil Şeydayev və Musa Qurbanlı yubiley qollarını vurublar

“Qarabağ”ın iki futbolçusu Ramil Şeydayev və Musa Qurbanlı yubiley qollarını vurublar.

Newsport.az xəbər verir ki, bu, Premyer Liqanın XIX turuna təsadüf edib.

“Turan Tovuz”la görüşdə hesabı açan Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib. 21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan Kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.

Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.

“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, “Qarabağ” səfər qarşılaşmasında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right