"Neftçi"nin üç futbolçusu "Sabah"la oyunu buraxacaq

"Neftçi"nin üç futbolçusu "Sabah"a qarşı Azərbaycan Premyer Liqasının XIX tur oyununu buraxacaq.

Newsport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyədəki qış təlim-məşq toplanışında zədələnən, hazırda fərdi məşqlər keçən Rəhman Hacıyev, müalicəsi davam edən Eddi İsrafilov və əməliyyatdan sonra yüngül məşqlərə start verən Fərid Yusifli meydana çıxmayacaqlar.

Qeyd edək ki, bu gün oynanılacaq "Sabah" - "Neftçi" qarşılaşması saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right