Xorvatiya mətbuatı: "Emrelinin zədəsi sağalsaydı, əsas heyət uğrunda rəqabət apara bilərdi"

Xorvatiyada Zaqreb "Dinamo"sunun hazırkı heyəti müzakirə edilərkən iki hücumçu - Bruno Petkoviç və Mahir Emreli arasındakı rəqabətə toxunulub.

Newsport.az "Večernji list"ə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız milli komandamızın hücumçusu Emrelinin zədəsinin əsas heyətə düşməsinə mane olduğunu yazıb:

"Petkoviç məşqlərə qayıdır. Baxmayaraq ki, şənbə günü "Lokomotiva"lə oyunda iştirak etməməlidir. Emrelinin belindəki zədəsi sağalsaydı, Petkoviçlə əsas heyət uğrunda rəqabət apara bilərdi. Amma onun bu, xroniki zədəyə çevrilib".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right