“Azərbaycan təklif edə biləcəyim fantastik ölkədir”

“Əla macəradır! İki il əvvəl məndən Azərbaycana getməyə hazır olduğumu soruşsaydılar, deyərdim ki, dəli olublar. Amma həqiqət budur ki, şərait dəyişir. Çox yaxşı təcrübədir. Azərbaycan təklif edə biləcəyim fantastik ölkədir”. Newsport.az xəbər verir ki, bunu qış transfer dönəmində “Sumqayıt”dan ayrılan Filipe Çabi deyib. 
 
Ölkəsi Portuqaliyada “Belenenseş” klubu ilə müqavilə imzalayan 29 yaşlı yarımmüdafiəçi “Sumqayıt” və Azərbaycan barədə müsbət fikirlər bildirib: “Yaxşı şəraiti olan klub və özümü rahat hiss etmək üçün hər şeyi edən inanılmaz insanlarla tanış oldum. Klubun bir parçası olmaq və Portuqaliyadan kənarda ilk təcrübəmi yaşamaq imkanı verdiyi üçün Riad Rəfiyevə təşəkkür edirəm. Hər şeydən əvvəl orada xoşbəxt olmağım üçün hər cür şərait yaratdığınız üçün. Ancaq indi vidalaşmaq və başqa macəraya başlamaq vaxtıdır. Təşəkkürlər, “Sumqayıt”.
Qeyd edək ki, Filipe Çabi bu mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 15 oyunda meydana çıxıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right