Filipe Çabi: “İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”

“İki il əvvəl Azərbaycana getmək istədiyimi soruşsaydılar, dəli olduqlarını deyərdim”.

Newsport.az xəbər verir ki, bu sözlər qış transfer dönəmində “Sumqayıt”dan ayrılan portuqaliyalı futbolçu Filipe Çabiyə məxsusdur.

Ölkəsinin “Belenenseş” klubu ilə müqavilə imzalayan 29 yaşlı yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə “Sumqayıt”la vidalaşıb. O, klub rəhbərliyinə təşəkkürünü bildirib: “Yaxşı təcrübə oldu. Azərbaycan təklif edə biləcəyim, çox şeyə sahib fantastik ölkədir. Həmçinin, əla şəraitə malik klubla və özümü rahat hiss etməyim üçün hər şeyi edən inanılmaz insanlarla tanış oldum. Mənə komandanın bir parçası olmaq, Portuqaliyadan kənarda ilk təcrübəmi yaşamaq imkanı verdiyi üçün “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə təşəkkür edirəm. Orada xoşbəxt olmağım üçün hər cür şərait yaratdılar. Ancaq indi vidalaşmaq və başqa macəraya başlamaq vaxtıdır. Təşəkkürlər, “Sumqayıt”.

Qeyd edək ki, “Sumqayıt”a ötən ilin yayında “Sportinq”dən keçən Filipe Çabi mövsümün ilk yarısında Premyer Liqada 15 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right