"Sumqayıt" Zirədə ciddi itki ilə üzləşdi

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Zirə"nin qonağıdır.

Newsport.az-ın məlumatına görə, "kimyaçılar" bu qarşılaşmada ciddi itki ilə üzləşib. Gənclik şəhəri təmsilçisinin kapitanı Vurğun Hüseynov 34-cü dəqiqədə zədələnib. 35 yaşlı müdafiəçi oyunu davam etdirə bilməyib və onun əvəzinə Rüfət Abdullazadə meydana daxil olub.

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" görüşündə hazırda ikinci hissə oynanılır və hesab 1:1-dir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right