Qurban Qurbanov hansı epizoda görə hakimə etiraz edib? Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz” üzərində 3:2 hesablı qələbəni şərh edib.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçuların yorğun olmasına görə narahatlıq keçirdiyini bildirib:

“Çox gərgin oyunda vacib 3 xal qazandıq. Getdikcə daha çox çalışacağıq. Komandanı daha yaxşı səviyyəyə gətirmək üçün çalışacağıq”.

Qurbanov matç zamanı hakimə etiraz etməsi ilə bağlı bunları deyib: “Leandro Andradenin epizodunda cərimə verə bilərdi. Yəqin ki, ona görə etiraz etdim”.

Mütəxəssis “qapıçı Luka Quqeşaşvilinin çıxışından arazı qaldınız” sualına belə cavab verib: “Bütün futbolçulardan razı qaldım. Çünki heç kəs ideal formasında deyil. Təlim-məşq toplanışından dönmüşük”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right