“Zirə” ilk transferini açıqlayıb

“Zirə” qış fasiləsindəki ilk transferini açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı futbolçu Vladislav Kulaçla anlaşıb.

30 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Vladislav Kulaçın son klubu Ukrayna “Dinamo”su (Kiyev) olub. O, həmçinin ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, həmçinin, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right