"Qəbələ" ilə oyun "Kəpəz"in baş məşqçisi üçün əlamətdar olub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə Gəncədəki 2:2 hesablı heç-heçə 52 yaşlı mütəxəssisin ölkə çempionatında 50-ci bərabərliyi olub.

O, baş məşqçi kimi 4 klubda çalışıb. Əhmədovun rəhbərliyi altında 2014 - 2017-ci illərdə AZAL 31, 2017/18 mövsümündə “Neftçi” 3 heç-heçə edib. 2018-2020-ci illərdə “Şamaxı”da 9 bərabərliyə şahid olan mütəxəssis cari mövsüm “Kəpəz”də 7-ci heç-heçəni izləyib.

Əhmədov Azərbaycan çempionatları tarixində 50 və daha çox qarşılaşmada komandası bir xal qazanan 8-ci baş məşqçidir. Ən çox sülh Qurban Qurbanovun hesabındadır. Onun komandaları 111 dəfə meydandan bir xalla ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right