“Nant”ın Mustafası: “Qarabağ”la oyundan sonra qardaşıma dedim ki...

“Nant”ın hücumçusu Mustafa Məhəmməd Avropa Liqasının qrup mərhələsindəki çıxışlarını dəyərləndirib. Newsport.az xəbər verir ki, misirli forvard klubun rəsmi saytına müsahibəsində “Qarabağ”la oyunlara da toxunub.

25 yaşlı forvard Bakıda 0:3 hesablı məğlubiyyəti ən ağır yenilgi adlandırıb:

“Olimpiakos” qarşısında “Nant”la ilk avrokubok oyunumu həmişə xatırlayacağam. Möhtəşəm zəfər idi. Hələ də baş məşqçinin meydanda qaçdığı gözümün önündədir. Həmçinin Bakıda “Qarabağ”a ağır məğlubiyyət də xatirəmdədir. Amma cavab matçında “Qarabağ” önündə uğur qazana bildik. Həmin axşam qardaşıma dedim ki, turnirdə daha da irəli getmək potensialımız var. “Olimpiakos”u məğlub edərək, bunu həyata keçirdik”.

Qeyd edək ki, Fransadakı görüşdə “Nant” “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Fransa klubu ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb, “Qarabağ” isə qrup üçüncüsü kimi Konfrans Liqasının pley-offunda iştirak hüququna yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right