"Qarabağ" "Turan "Tovuz"a, "Zirə" "Sumqayıt"a qalib gəldi Yenilənib

Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçında isə “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gələcək.

Tura sabah keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq. İlk oyun günündə “Kəpəz”lə “Qəbələ” heç-heçəyə (2:2) razılaşıb.

Azərbaycan Premyer Liqası
XIX tur

25 yanvar

16:30. “Zirə” – “Sumqayıt”  3:1 

Qollar: Vüsal İsgəndərli, 4 (0:1), Dmitrios Çantakias, 50 (1:1), Loris Broqno, 73 (2:1), Toni Qomes, 79 (3:1)
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Emin Əliyev

Zirə İdman Kompleksi stadionu

 
14:00. “Turan Tovuz” – “Qarabağ” - 2:3

Qollar: Musa Qurbanlı, 10 (0:1), Runi Eva, 23 (1:1), Ramil Şeydayev, 27 (1:2), Ehtiram Şahverdiyev, 85 (2:2), Bəhlul Mustafazadə, 89 (2:3)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right