Millimizin sabiq üzvü əsas kapitanlıqdan məhrum edildi

Millimizin sabiq üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniya 3-cü Bundesliqa təmsilçisində “Erzgebirge”də əsas kapitanlıqdan məhrum edilib.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Pavel Dotçev qərar verib. O, qapıçı Martin Mannelin yenidən əsas kapitan olacağını bildirib. Baş məşqçi vurğulayıb ki, M.Mannel zədəli olduğu üçün bundan əvvəl kapitanlıq sarğısını Nazarova vermişdi. Azərbaycanlı oyunçunun klubun ikinci kapitanı olacağı vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right