AFFA dalaşan məşqçiləri cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Newsport.az saytı xəbər verir ki, komitə AFFA Gənclər Liqasında keçirilən “Səbail” – “Neftçi” oyunundakı neqativ hallarla bağlı qərarlarını açıqlayıb.
 
“Səbail”in baş məşqçisi Müşviq Qənbərovla “Neftçi”dəki həmkarı İlyas Qurbanov arasında davamlı şəkildə mübahisə olub. Baş hakim tərəfindən qırmızı vərəqə alan hər iki mütəxəssis 5 oyunluq cəzalandırılıb.
 
“Neftçi”nin futbolçusu Oruc Məmmədov isə 82-ci dəqiqədə qeyri-idman hərəkətinə görə, meydandan kənarlaşdırıldıqdan sonra rəqib komandanın ünvanına qeyri-etik ifadələr işlədib. Bu, onun 4 matçlıq diskvalifikasiya olunmasına səbəb olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right