Fasilə bitdi: Gəncədə məhsuldar heç-heçə Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb. Newsport.az xəbər verir ki, yeni ilin ilk, mövsümün isə 19-cu turuna bir oyunla start verilib.

“Kəpəz” doğma meydanda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Bu turun “Turan Tovuz” – “Qarabağ” və “Zirə” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” görüşləri isə 26 yanvarda keçiriləcək.

Azərbaycan Premyer Liqası
19-cu tur

24 yanvar

“Kəpəz” – “Qəbələ” 2:2
Qol: A.Ayzaya, 18-pen. M.Junior, 42-pen – R.Renato, 63. Ü.İsgəndərov, 79.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Elşad Abdullayev.
Gəncə şəhər stadionu, 14:00.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right