"Neftçi"nin futbolçusu Qodsvey Donyonun Kiprin "Apollon" (Limassol) komandasına keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə Limassol klubunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 29 yaşlı hücumçunun transferinə dair "ağ-qaralar"la ilkin razılıq əldə olunub.
Təcrübəli forvard "Apollon"la 2025-ci ilin yayınadək müqavilə imzalayacaq. Transferin digər detalları bəlli deyil.
Qeyd edək ki, Qodsvey Donyo ötən il "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.