"Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı

Polşa millisinin və "Yuventus"un futbolçusu Arkadiuş Milikin Konfrans Liqasının pley-offunda "Marsel"in heyətində "Qarabağ"a qarşı səfər matçında keçirilmiş geyindiyi forma hərraca çıxarılıb.

Newsport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Sözügedən oyun başa çatandan sonra 28 yaşlı forvard imzalı formasını görüşün referisi, polşalı hakim Bartoş Frankovskiyə hədiyyə edib. Hakim isə formanı Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca verib.

Nəticədə bu forma hərraca çıxarılıb. Geyim üçün ilkin qiymət olaraq 630 Polşa zlotu (1,575 manatdır)  təyin olunub. 

Qeyd edək ki, "Qarabağ" və "Marsel" arasındakı Bakıdakı matçda Fransa təmsilçisi qalib gəlib - 3:0.  "Qarabağ" səfərdəki oyundan da məğlub ayrılıb - 1:3.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right