Batyuşin Azərbaycanda klub axtarır

Ukraynalı Yuri Batyuşin Azərbaycanda oynaya bilər. 30 yaşlı ukraynalı futbolçu bir neçə klubumuza təklif olunub.

Newsport.az xəbər verir ki, hazırda azad agent olan mərkəz yarımmüdafiəçisinin son klubu “Dila” olub. Qori klubunda cəmi 6 ay keçirən futbolçu indi iş yeri axtarır. O, Gürcüstan bazarına daha çox diqqət edən “Kəpəz”lə “Turan Tovuz”a məsləhət görülüb.

Karyerası əsasən “Stal”a bağlı olan futbolçu ötən ilədək Ukraynadan kənara çıxmayıb. Vətənində 4 ortabab klubda forma geyən Yuri müharibə başladıqdan sonra legioner həyatı yaşamağa məcbur olub. Onun Tovuza köçmək şansı daha yüksək qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right