"Neftçi"nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirməyə hazırlaşır.
Newsport.az xəbər verir ki, bu barədə "Themasports" məlumat yayıb. 29 yaşlı hücumçu "Apollon"la (Limassol) razılaşıb. Bildirilir ki, Limassol təmsilçisi Donyo üçün "Neftçi"nin maliyyə tələblərini ödəmək qərarına gəlib. Yaxında qanalı futbolçunun Kiprə gedəcəyi, tərəflərin müqavilə imzalayacağı gözlənilir.
Donyonun Bakı təmsilçisi ilə müqaviləsi isə 2024-cü ilin yayına qədərdir. O, ötən ildən "Neftçi"də oynayır.