"Qarabağ" Albaniya millisinin üzvünü transfer etdi

“Qarabağ” qış “transfer pəncərəsi”nin növbəti transferini az öncə reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu Redon Cika ilə anlaşıb.

24 yaşlı yeni futbolçu Albaniya yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib.

Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.

Sortinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right