Azərbaycan Premyer Liqasında III tur başa çatdı.
Newsport.az-ın məlumatına görə, başa çatan turda ən çox azarkeş sayı "Xəzər Lənkəran" - "Rəvan" oyununda (1:1) qeydə alınıb. "Fırtınalar meydanı"nda baş tutan qarşılaşmanı 9500 tamaşaçı arenadna izləyib.
Turun ikinci ən yaxşı ikinci göstəricisi "Neftçi" - "Sumqayıt" oyununa təsadüf edir. Bakıxanovda baş tutan matçı 1500 tamaşaçı izləyib.
Ümumilikdə isə sıralama belədi:
Prmeyer Liqa, III tur
"Xəzər Lənkəran" - "Rəvan" - 9500 tamaşaçı
"Neftçi" - "Sumqayıt" - 1500 tamaşaçı
"Zirə" - "İnter" - 1000 tamaşaçı
"Qəbələ" - "Kəpəz" - 900 tamaşaçı
AZAL - "Qarabağ" - 450 tamaşaçı