“Neftçi”nin hücumçusu Kipr klubuna keçir?

“Neftçi”nin hücumçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində Limassol “Apollon”u maraqlıdır.

Baş məşqçi Konstantinos Makridis qanalı oyunçunu komandasında görmək istəyir. Lakin tərəflər arasındakı danışıqların hansı səviyyədə olduğu bəlli deyil.

Xatırladaq ki, Qodsvey Donyo 2022-ci ilin yayında “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Hücumçu paytaxt təmsilçisində 21 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right