Azərbaycan - Xorvatiya: bilet satışı davam edir

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa bilet satışı davam edir.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür. 
Həmçinin biletlərin online satışı www.tickets.affa.azsaytında da həyata keçirilir.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right